18 fevral 2012 15:52

Samir Əliyev: Biz bu klubda müqaviləsiz oynayırdıq

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Samir Əliyev azerisport.az saytına müsahibəsində “Neftçi”dəki hazırlığından və karyerasından danışıb.
 
- “Neftçi”də məşqləriniz necə gedir?
- Belə komandayla məşq etmək həmişə xoşdu. “Neftçi” çempionatın lideridi. Baxımlı oyun sərgiləyir. Mənim bu komandayla bağlı ən xoş xatirələrim var. Təəssüf ki, son dövrlər məşq etmirdim. Öz üzərimdə hələ çox işləməliyəm.
 
- Siz nə qədər məşq etmədiniz?
- Dörd ay idi. Bu müddət ərzində çəkim də 4-5 kiloqram artıb. Amma çəkini azaltmaq mənim üçün problem deyil.
 
- Siz “Neftçi”də oynayacaqsız?
- Hələ heç nə məlum deyil. Mümkündü ki, yaxın günlərdə hər şeyə aydınlıq gəlsin. Əgər əvvəlki formamı bərpa edə bilsəm və baş məşqçi razı olsa, mümkündü ki, bu komandada çıxış edim. Mən həmişə arzulamışam ki, karyeramı məhz “Neftçi”də başa vurum.
 
- Sizin “Neftçi”yə qayıdışınız az qala şok effekti yaratdı...
- Bəli, çoxları artıq karyeramın başa çatdığını düşünürdü. Amma bu, belə deyil. Sadəcə, “Turan”dakı məlum problemlər mənim də futbol karyerama təsirsiz ötüşmədi. Lakin “Neftçi” rəhbərliyi mənim üçün ideal şərait yaradıb ki, formamı bərpa edim.
 
- Bəs “Turan”da nə baş vermişdi ki?
- Bu haqda danışmaq istəmirəm. Biz bu klubda müqaviləsiz oynayırdıq. Uzun müddət idi ki, bir qəpik də pul almırdıq. Bu, mənim ən böyük səhvlərimdən biri idi. Amma artıq hər şey arxada qalıb. Karyeramı da məhz “Neftçi”də başa vurmağa hazırlaşıram. Bu mövsümün sonunda futbolla vidalacam.
 
- Hətta komanda Çempionlar Liqasına vəsiqə qazansa da?
- Biz çox irəli qaçdıq. Mənim hələ komandaya dönüşüm tam dəqiqləşməyib.
 
- “Sumqayıt” üzərindəki qələbə (3:0) ilə bağlı nə deyərdiz?
- Fasilədən sonra hər iki komanda gözəl oyun göstərməyə çalışırdı. “Sumqayıt”ın gəncləri bütün güclərini qoysalar da, bu, yetərli olmadı. İstənilən halda bu qələbə çempionluq üçün yetərli deyil və bunun davamını gətirmək lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.