18 fevral 2012 16:56
Ruslan sıraya döndü, Samir fərdi çalışır
Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, səhər məşqlərini Olimpiya Yığmalarının Təlim-Məşq bazasında keçirən Bernard Raabın komandası axşam “Dalğa Arena”da hazırlaşacaq.
“Neftçi” ilə görüşdə zədələnən Samir Abasov fərdi məşqlərlə kifayətlənir. Əməliyyatdan qayıdan Emil Balayevin isə gələn həftədən etibarən hazırlığa qatılacağı gözlənilir. Bərpa prosesini uğurla başa vuran Ruslan Qurbanov isə bu gündən etibarən məşqlərə başlayıb.
