18 fevral 2012 17:32
Azərbaycan – Rusiya matçının vaxtı müəyyənləşdi
Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Azərbaycan milli komandasının Rusiya yığması ilə keçirəcəyi ilk play-off oyununun vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan - Rusiya qarşılaşması martın 27-də, saat 21:00-da, Bakı İdman Sarayında keçiriləcək.
