18 fevral 2012 11:27
“Starkovun istefasını istəməsəm də, Bakını məğlub etməliyik”
“Simurq”un baş məşqçisi Sergey Yuran azerisport.az saytına müsahibəsində Premyer Liqanın 20-ci turunun “Qəbələ” ilə oyunundan (0:1), ilk altılıq şanslarını itirmələrindən, eləcə də qarşıdakı “Bakı” ilə görüşdən danışıb.
- “Qəbələ”yə ev məğlubiyyətini necə şərh edərdiniz?
- Heyətimizin 60 faizi dəyişib. Xeyli yeni futbolçular gəlib. Hansı ki, onlara da vaxt lazımdı. Oyuna görə uduzmadıq. Daha artığına layiq idik. Heç-heçə daha ədalətli nəticə olardı.
- Heyətimizin 60 faizi dəyişib. Xeyli yeni futbolçular gəlib. Hansı ki, onlara da vaxt lazımdı. Oyuna görə uduzmadıq. Daha artığına layiq idik. Heç-heçə daha ədalətli nəticə olardı.
- Bu məğlubiyyət komandanızın ilk altılığa düşmək şanslarının üstündən xətt çəkdi...
- Hər halda öncədən komandanın qarşısında yalnız Premyer Liqadakı yerini qorumaq vəzifəsi qoyulmuşdu. İlk altılığa düşmək barədə dediklərim isə sadəcə mənim öz ambisiyalarımdan irəli gəlirdi. Eyni zamanda bəzi reallıqları da nəzərə almaq lazımdı. Məsələn, vaxt azlığını, büdcənin kasadlığını, futbolçuların səviyyəsini də unutmamalıyıq.
- Anatoli Doroş qol vurmaq üçün çağırılmışdı, amma komandası artıq ilk altılığa düşmək şansını itirdi...
- O, cəmi 3 gün idi komandayla birgəydi. Siz istəyirsiz ki, o, elə ilk oyunundan qol vurmağa başlardı? Doroş maşın təkəri deyil ki, dəyişib yoluna davam edəsən. “Simurq” ilk altılığa düşmək məsələsini gələn mövsüm həll edəcək.
- Bəs mövsümün qalan hissəsi üçün komandanın qarşısına hansı vəzifə qoyulub?
- Komanda hədəfsiz qalmayacaq. İndi əsas məqsədimiz Premyer Liqanı 7-ci pillədə başa vurmaq olaaq. Bu yolda rəqiblərimiz də kifayət qədərdi.
- Komanda hədəfsiz qalmayacaq. İndi əsas məqsədimiz Premyer Liqanı 7-ci pillədə başa vurmaq olaaq. Bu yolda rəqiblərimiz də kifayət qədərdi.
- Düşünmürsüz ki, futbolçular bu oyunlara o qədər də yüksək motivasiya ilə çıxmayacaqlar?
- Xeyr. Bəli, biz çempionatın əsas mübarizəsindən kənarda qaldıq. Amma futbolçular da indikindən daha yaxşı nəticə göstərməyi çox istəyirlər. Onlar hər oyunda sona kimi mübarizə aparacaqlar. Mən bunda problem görmürəm.

- Qarşıda sizi “Bakı” ilə oyun gözləyir...
- Çox çətin oyun olacaq. Rəqibi yaxşıca analiz etməyimiz lazımdı. Qələbəyə oynayacağıq.
- “Bakı” heç də yaxşı günlərini yaşamır. Komanda son turda “Qarabağ”a 0:3 hesabıyla uduzdu...
- Bu, o demək deyil ki, bundan sonra hamı onlara üç qol vura biləcək. Matçdan matça fərq var. Onlar bizimlə oyuna çox güclü köklənəcəklər. Çünki komanda hələ ilk altılıqdakı yerini təmin etməyib.
- Mümkün məğlubiyyət Aleksandr Starkovun “Bakı”dan qovulmasına səbəb ola bilər...
- O, mənim həmkarımdı və şübhəsiz heç istəməzdim ki, Starkov istefaya göndərilsin. Amma bu, artıq klubun daxili məsələsidi. Bizim isə öz hədəflərimiz var. “Simurq” “Bakı”nı məğlub etmək üçün əlindən gələni edəcək.
- “Simurq”un ilk altılıq şanslarını itirməsindən sonra sizin yığmamızın Dubay toplanışına getməməklə bağlı fikrinizi dəyişdirməyib ki?
- Xeyr. Mən artıq fikrimi demişəm. Mən komandamın yanında qalmalıyam.
- Xeyr. Mən artıq fikrimi demişəm. Mən komandamın yanında qalmalıyam.