18 fevral 2012 22:50
Yığmamızın hücumçusu Fenerbahçeyə qarşı 20 dəqiqə oynadı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkara bu gün Türkiyə Super Liqasında növbəti matçına çıxıb. Azerisport.as xəbər verir ki, o, qardaş ölkə çempionatının 27-ci turu çərçivəsində “Fenerbahçe” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma İstanbulda – “Şükrü Saracoğlu” stadionunda keçirilib. Kifayət qədər məhsuldar alınan görüşdə hesabı meydan sahibləri açıblar. Amma erkən qoldan sonra özlərinə gələn qonaqlar ilk yarının qalan dəqiqələrində nəinki yenik durumdan çıxmağı, hətta hesabda önə də keçməyi bacarıblar. Fasilədən sonra isə meydan sahiblərinin növbəti qolları hər şeyi dəyişib və "Sivasspor" görüşü məğlub başa vurub.
Cihan meydana 70-ci dəqiqədə daxil olub. Amma millimizin forvardı meydanda olduğu vaxt ərzində komandasına heç nə ilə kömək edə bilməyib.
Qeyd edək ki, “Sivasspor” 27 oyundan sonra 42 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Fenerbahçe” isə 54 xalla ikincidi.
Türkiyə Super Liqası
27-ci tur
18 fevral
Fenerbahçe - Sivasspor - 4:2
