18 fevral 2012 12:19
Deportivonun forvardı Azərbaycan klubuna keçir
Futbol üzrə gənclərdən ibarət yığmamızın hücumçusu Rizvan Umarovun İspaniyanın “Deportivo Kastelyon” klubuyla yollarını ayırmaq istədiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, buna üçüncü divizionda çıxış edən klubun qeyri-sabit maliyyə durumu səbəb göstərilir.
Bu arada sözügedən futbolçunun Azərbaycan klublarından birinə keçidi məsələsi gündəmə gəlib. Belə ki, iş yerini dəyişmək istəyən və müxtəlif variantları nəzərdən keçirən millimizin üzvünə klublarımızdan da müştəri düşənlər var. Lakin onların konkret hansı klublar olması barədə məlumat yoxdu.
Qeyd edək ki, Umarov yığma komandamızın qarşıdakı Dubay toplanışına dəvət alan futbolçular arasındadı. Bu toplanışda iştirak edəcək klublarımızın baş məşqçiləri də onu yaxından izləyib, komandasına cəlb etmək üçün şansa malik olacaq.
