19 fevral 2012 01:24

“Foqtsun yerinə olsam, mən də eyni addımı atardım”

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçisi təyin olunan Nazim Süleymanov bu münasibətlə azerisport.az saytının suallarını cavablandırıb.
 
- Yığmada işləyəcəyinizi nə vaxt eşitdiniz?
- Fevralın 17-də AFFA mənə belə bir ad günü hədiyyəsi etdi. Zəng etdilər, maraqlandılar ki, nə işlə məşğulam. Mən də cavab verdim ki, heç nə. Onda bildirdilər ki, məni yığmanın Dubay toplanışında Berti Foqtsun köməkçisi kimi görmək istəyirlər. Əlbəttə, mən buna çox sevindim. Martda məni “Pro” kateqoriyası üçün imtahan gözləyir. Buna görə də Foqtsla işləmək mənə maraqlı olacaq. Buna qədər artıq Xarkov “Metallist”inin və “Rostov”un düşərgəsində olmuşam.
 
- Bilirsiz ki, sizdən başqa Ramiz Məmmədovla Arif Əsədovun da namizədliyinə baxılırdı?
- Onların hər ikisi yığmada işləməyə layiqdi. Şadam ki, seçim məhz mənim üzərimdə edilib. Hər bir azərbaycanlı yığmada məşqçi və ya oyunçu olmağı arzulayar.
 
- Yığma azarkeşlərin, mətbuatın daimi tənqid mənbəyidi. Qorxmursuz ki?
- Mən tənqidlərə normal yanaşıram. Amma tənqidi də əsaslandırmaqla etmək lazımdı. Biz hamımız çalışmalıyıq ki, yeni səviyyəyə qalxaq. Onu da başa düşmək lazımdı ki, qısa zaman kəsiyində hansısa uğura nail olmaq mümkünsüzdü.
 
- Foqtsa hansısa ideyalar verməyi planlaşdırırsız?
- Foqtsla bazar ertəsi görüşməliyəm. Onun müsahibəsini oxumuşam. Deyib ki, məni daha yaxşı tanımaq istəyir. Mən hələ onun Dubay toplanışından sonra hansı qərarı verəcəyini bilmirəm. Ola bilsin ki, heç mən onun xoşuna gəlməyim.
 
- Razısız ki, Fələstin, Hindistan və Sinqapur yığmaları çox zəif rəqiblərdi?
- Nə vaxt rəqiblərimiz çox güclü olur, deyirik ki, onlara qarşı necə oynayacağıq? Zəif olanda da oynamaq istəmirik. Amma əslində belə komandalara qarşı oynamaq daha çətindi. Çünki futbolçuları motivasiya etmək çətin olur. Yəqin ki, Foqts dəvət göndərdiyi gənc futbolçuları iş başında görmək istəyir və ona görə belə rəqiblərlə oynamağa qərar verib.
 
- Siz Dubayda olarkən Foqtsla Vaqif Cavadov barədə danışacaqsız?
- Cavadov əla futbolçudu, yığmaya kömək edə bilər. Mən onunla baş məşqçi arasında nə baş verdiyini bilmirəm. Amma mənim fikrim belədi: məşqçi öz qərarını dəyişməməlidi. Foqtsun yerinə olsaydım, mən də eyni addımı atardım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.