19 fevral 2012 02:11
Jaba Super Liqada 90 dəqiqə oynadı, qələbəyə sevindi
“Bakı”nın sabiq futbolçusu Jaba Türkiyə Super Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçunun çıxış etdiyi “Antalyaspor” “Manisaspor”u qəbul edib.
Meydana start zeyətində çıxan Jaba matçı əvəzedilmədən keçirib. “Antalyaspor” isə 2:1 hesablı qələbə qazanıb. Antlaya təmsilçisinin heyətində Tita dubl edib. “Manisaspor”un qoluna isə İsaak imza atıb.
Ajansspor.com saytı Jabanın oyununu iki ulduzla qiymətləndirib. Onun kimi 8 komanda yoldaşı “2” alıb. Digərlərinin oyunu isə üç ulduzla qiymətləndirilib.
