19 fevral 2012 21:22
“Uğurlu nəticə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın müdafiəçisi Ruslan Tağızadə “bankirlər”lə oyun öncəsi fikirlərini bildirib:
“İnter”lə oyuna çox ciddi hazırlaşırıq. Komandada əhval-ruhiyyə yüksəkdi. Dünənki məşqdə kiçik zədə alsam da, artıq özümü bu görüşə tam hazır hesab edirəm. Bu qarşılaşmada uğurlu nəticə əldə edib, azarkeşlərimizi sevindirmək istəyirik”.
Qeyd edək ki, Ruslan Tağızadə cari mövsümdə “Sumqayıt”ın heyətində Premyer Liqada 20 turda meydana çıxıb.
