19 fevral 2012 11:33
“Foqts həmişə yaxşı məşqlər keçir”
Futbol üzrə Azərbaycan yığmasının və “Sumqayıt”ın qapıçısı Andrey Popoviç azerisport.az saytına müsahibəsində qarşıdan gələn Dubay toplanışından, eləcə də Premyer Liqanın 21-ci turunda qarşılaşacaqları “İnter”lə oyundan danışıb.
- Berti Foqtsun Dubay toplanışına aparacağı futbolçuların siyahısında sizin də adınız var...
- Mən dəvətlilərin siyahısına baxmışam. Xeyli yeni gənc futbolçu var. Hansı ki, onlar əvvəllər milliyə çağırılmamışdılar. Bu, onların özlərini göstərməsi üçün çox yaxşı bir şansdı. Toplanışdakı əsas məqsədimiz isə öz oyunumuzu göstərmək olacaq.
- Bu toplanışın çempionatın ən qızğın dönəminə təsadüf etməsi futbolçulara pis təsir etməyəcək ki?
- Mən belə hesab etmirəm. Hər halda bu dövr hələ xeyli müddət əvvəldən təqvimdə yığmanın təlim-məşq toplanışı üçün seçilmişdi. Həm də Berti Foqts həmişə yaxşı məşqlər keçir. Odu ki, bu toplanışın futbolçulara pis təsir edəcəyini düşünmürəm.

- Qarşılaşacağınız Sinqapur, Hindistan və Fələstin yığmaları barədə nəsə bilirsiz?
- Düzünü deyim ki, bu komandalar barədə heç nə bilmirəm. Heç onların hansısa turnirdə iştirakını da eşitməmişəm.

- Qapıda duracağınıza ümid edirsiz?
- Ümid edirəm ki, bu üç sınaq matçında Berti Foqts mənə də oynamaq imkanı yaradacaq.

- Qarşıda sizi “İnter”lə oyun gözləyir. Komandanızın ilk altılıq şansları qalmadığından motivasiya nə dərəcədə yüksəkdi?
- Bizim altılığa düşmək şanslarımız çoxdan bitib. Buna baxmayaraq, “İnter”ə də müqavimət göstərməyə hazırıq. Əlbəttə, ikinci altılıqda mübarizə aparacağımız bir qədər üzücüdü. Amma istənilən halda biz bütün rəqiblərimizlə mübarizəyə hazırıq. Qalib gələcəyimizi demirəm, xal ala bilərik.

- Hesab etmirsiz ki, komandanıza qolçu forvard lazımdı?
- Belələri varımızdı. “Neftçi” ilə son oyunda ona görə qol vura bilmədik ki, rəqibin yaxşı müdafiəçiləri vardı. Bu üzdən xüsusi qol epizodlarımız da olmadı. İki hücum təşkil edə bildik ki, onları da təhlükəli hesab etmək olmaz.

- Yeri gəlmişkən, “İnter”dən sonra sizi “Xəzər Lənkəran” gözləyir. Yeni ilin ilk üç oyununu Premyer Liqanın ilk üçlüyündə qərarlaşan komandalara qarşı keçirmək kifayət qədər ağır qrafikdi...
- Bu bir şey deyil. Oynamaq lazımdı. Əksinə, bu, bizim üçün təcrübə toplamaq baxımından yaxşıdı. Heç kim asanlıqla nəyəsə olmur.
- Bu yaxınlarda “Sumqayıt” qapıçı Ruslan Məcidovu sıralarına qatdı. Onunla rəqabətdən çəkinmirsiz?
- Rəqabət yaxşı şeydi. Onun Rusiyada oynadığı, məşq etməsi dərhal hiss olunur. Onunla rəqabət xeyrimizə işləyəcək. Bu, hər ikimiz üçün müsbət amildi. Mən öz oyunumu göstərməyə davam edəcəm ki, yerimi qoruyum. O, isə start heyətdə meydana çıxmağa layiq olduğunu göstərməlidi. Məcidov yaxşı qapıçıdı. Baxaq, görək gələcəkdə necə olacaq?