20 fevral 2012 02:14
Bernard Raab: İnterlə oyunda maksimum diqqətli olmalıyıq
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 21-ci turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İnter”lə oyunumuz çox çətin olacaq. Rəqibimiz çox güclü və kompakt oyun sərgiləyən komandadı. Onlar çox qol vurmasalar da, intizamlı oyun sərgiləyirlər. Biz maksimum diqqətli olmalıyıq. Fikrimcə, bizim də bu oyunda qol vurmaq üçün şanslarımız olacaq və onlardan yararlanmaq üçün konsentrasiyanı itirməməliyik. Təəssüf ki, ötən turun “Nefttçi” ilə oyununda zədə alan Samir Abasovun bu oyunda iştirakı hələ də sual altındadı”.
