20 fevral 2012 00:08
İngiltərə kuboku: Altı qolla növbəti mərhələdə (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Federasiya Kubokunda beşinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
“Chelsea” “Birmingham”lə üz-üzə gəlib. Tərəflər 90 dəqiqə ərzində qalibi müəyyənləşdirə bilməyiblər. Bu üzdən bu komandalar qaydalara görə təkrar oyunda üz-üzə gəlməlidilər. Digər cütlərdə isə qaliblər elə bir oyundaca müəyyənləşib. “Everton” “Blackpool”u yenərək, növbəti mərhələyə adlayıb. “Bolton” “Millwall”u, “Leicester” “Norwich”i mübarizədən kənarlaşdırıb. “Sunderland” isə “Arsenal”a şok yaşadıb.
Son oyun günündə “Stevenage” - “Tottenham” cütündə də qalib müəyyənləşməyib. Bu üzdən adıçəkilən klublar da hər şeyə təkrar oyunda aydınlıq gətirəcəklər. “Crawley” ilə qarşılaşan “Stoke City” və evdə “Brighton & Hove” ilə üz-üzə gələn “Liverpool” isə növbəti mərhələyə vəsiqəni təmin edib.
İngiltərə Federasiya Kuboku
Beşinci mərhələ
18 fevral
Chelsea – Birmingham – 1:1
Everton – Blackpool – 2:0
Millwall – Bolton – 0:2
Norwich – Leicester – 1:2
Sunderland – Arsenal – 2:0
19 fevral
Crawley - Stoke City - 0:2
Stevenage - Tottenham - 0:0
Liverpool - Brighton & Hove - 6:1
