19 fevral 2012 12:41
Türkiyə mətbuatı Cihan Özkaranın Fenerbahçeyə qarşı oyununa qiymət verdi
Türkiyə mətbuatı futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın Super Liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, “Sivasspor”da çıxış edən millimizin üzvü “Fenerbahçe” ilə oyunun iştirakçısı olub.
Qarşılaşmanın 70-ci dəqiqəsində Pedriel Suarezi əvəzləyən Cihan bu dəfə ciddi heç bir şeylə yadda qala bilməyib. Komandasının meydandan məğlub ayrıldığı oyunda yığmamızın forvardı 4 bala layiq görülüb. Hansı ki, belə aşağı qiymətə onunla yanaşı yalnız bir komanda yoldaşı layiq görülüb. Qalan futbolçular isə yüksək qiymət alıblar.
Sivasspor: Nihat - 6, Uğur - 5, Navratil - 5, Raynox - 5, Ziya - 6, Kıvanç - 6 (Mehmet Nas, 70) - 4, Kadir - 5, Erman - 6, Eneramo - 6, Kamil Qrosicki - 6 (Fati, 79) – qiymətsiz, Pedriel Suarez - 5 (Cihan Özkara, 70) – 4.
