20 fevral 2012 13:56
Yığmamızın qapıçısı Rusiya klubunda debüt etdi
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Andrey Tveryankin Rusiyanın KPRF klubunun heyətində qonşu ölkə çempionatında ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimizin qapıçısı 14-cü tur çərçivəsində keçirilən “Qazprom-Yuqra” ilə oyunun (7:6) iştirakçısı olub.
Komandasının qələbə qazandığı oyundan sonra Tveryankin fikirlərini bölüşüb: “Çox şadam ki, debütüm belə gözəl alındı. Uşaqlar çox çalışdılar. Hamısına təşəkkürümü bildirirəm. Bu, ilk oyunum olduğundan müəyyən səhvlər var idi. Əlbəttə, ağırdı. Məşqlərdə çalışsaq da, bu, ilk oyunumuz idi. Psixoloji cəhərdən də asan deyildi. Amma kollektiv olaraq yaxşı oynadıq. Səhvlərimizi də aradan qaldırmaq üçün vaxtımız olacaq”.
