20 fevral 2012 15:12
Fulhemin müdafiəçisi Azərbaycana qarşı oynamağa qərar verdi
İngiltərənin “Fulhem” klubunun müdafiəçisi Aaron Huges Şimali İrlandiya yığmasına qayıtmağa qərar verib. Azerisport.az xəbər verir ki, o, yığmanın baş məşqçisi Martin O`Nil ilə görüşüb.
Məhz bu görüşdən sonra Huges yığmanın düşərgəsinə qayıdacağını açıqlayıb. Hansı ki, o, ölkəsinin əsas komandasında çıxışlarına son qoyduğunu bəyan etmişdi.
Qeyd edək ki, Şimali İrlandiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindəndi.
