20 fevral 2012 14:51
Berti Foqts 21-ci turun iki oyununu izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək 2 oyunu canlı izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, almaniyalı mütəxəssis bu gün keçiriləcək “İnter” – “Sumqayıt” oyununu və sabah – fevralın 21-də keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” qarşılaşmasını stadionda izləyəcək.
