20 fevral 2012 15:44
Yığmamızın rəqibinin heyəti açıqlandı
DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq Şimali İrlandiya yığmasının fevralın 29-da, Belfast şəhərindəki «Vindsor Park» stadionunda Norveç komandası ilə keçirəcəyi yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, rəqibimizin baş məşqçisi Martin O`Nil komandasının düşərgəsinə 24 futbolçu çağırıb.
Onların siyahısını təqdim edirik:
Qapıçılar: Li Kamp, Alan Mannus, Mikael Makqovern.
Müdafiəçilər: Con Evans, Qaret Makauley, Mikael Daff, Rayan Makqivern, Aaron Huges, Li Hodson, Kreyq Kathart.
Yarımmüdafiəçilər: Steven Deyvis, Dean Şils, Semmi Klinqan, Qrant Makkan, Korri Evans, Şeyn Ferqyuson.
Hücumçular: Devid Hili, Varen Feeney, Joş Makquild, Martin Paterson, Ceym Vard, Nill Makqin, Pat Makkurt, Joş Karson.
