20 fevral 2012 16:01
Rafiq Mirzəyev: Belə komandalar daha təhlükəli olur
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev Premyer Liqanın 21-ci turunun “Turan”la oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Fikrimcə, asan oyun olmayacaq. Biz öz futbolumuzu oynamalıyıq. Hava şəraitinin yaxşı olmaması təbii ki, mənfi təsir göstərəcək. Rəqib düşərgədə çoxlu problemlər var. Amma məhz belə komandalar çox təhlükəli olurlar. Toparlansalar, bizə qarşı yaxşı motivasiya ilə də çıxa bilərlər. Amma AZAL-da da motivasiya az deyil. Əgər rəqibə xal və ya xallar elitada qalmaq üçün lazımdısa, bizə də ilk altılığa vəsiqə qazanmaq üçün lazımdı”.