20 fevral 2012 16:29
Qurban Qurbanov: Bu, məni məyus edir
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 21-ci turunun “Kəpəz”lə oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesabıyla qələbə qazandığı oyundan sonra bunları dilə gətirib:
“Bu gün biz pis oynamadıq. Çoxlu qol epizodları yaratdıq. Amma düzünü deyim ki, bu qədər qol vəziyyətlərindən yararlana bilməməyimiz məni məyus edir. Eyni zamanda gəncəlilərin qapıçının oyununu da qeyd etməliyəm. O, bu gün möhtəşəm çıxış etdi”.
