20 fevral 2012 16:37
İsmayılov Qarabağa məğlubiyyətin səbəbini açıqladı
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 21-ci turunun “Qarabağ”la oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesabıyla məğlub olduğu oyundan sonra bunları dilə gətirib:
“Biz “Qarabağ”a meydanın mərkəzini uduzurduq. Bu da sonda məğlubiyyətimizə gətirib çıxardı. Bundan əlavə iki dayaq yarımmüdafiəçimizin yoxluğu da istəs-istəməz oyunumuza təsir ötüşmədi”.
