20 fevral 2012 18:05
Berti Foqts Nazim Süleymanova tapşırıqlarını verdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun yeni köməkçisi təyin olunan Nazim Süleymanov almaniyalı mütəxəssislə görüşərək, gələcək planları müzakirə edib. Azerisport.az saytına müsahibəsində Süleymanov Foqtsla görüşü barədə bunları dilə gətirib:
“Foqts Dubay toplanışından danışdı. O, bu toplanışda məni öz köməkçisi kimi görmək istəyir. Keçiriləcək oyunlardan və komandamızın hazırlığından danışdı. Dubay toplanışından sonra mənim işim milli çempionatın oyunlarını izləməkdən ibarət olacaq. Milli üçün potensial futbolçuların çıxışlarını diqqət mərkəzində saxlamalıyam”.