20 fevral 2012 18:14
Mehdiyev: Meydana qələbə üçün çıxacağıq
"Neftçi" klubunun qapıçısı Rauf Mehdiyev "Rəvan"la oyun öncəsi klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, təcrübəli qolkiper bunları dilə gətirib:
"Hər oyunda olduğu kimi, bu dəfə də meydana qələbə üçün çıxacağıq. Əlverişsiz hava şəraiti səbəbindən stadionun ot örtüyü də ağırlaşıb. İnanıram ki, havanın soyuq olmasına baxmayaraq, azarkeşlərimiz bizi tək qoymayacaq. Rəqibimiz çempionatın debütantı olsa da, altılığa düşmək imkanını saxlayır. Bu onlar üçün son şansdı və ona görə də axıra kimi mübarizə aparacaqlar. Bu baxımdan da düşünürəm ki, gərgin və maraqlı qarşılaşma olacaq. Ötən tur "Sumqayıt"la keçirilmiş matçda start heyətində yer aldım. Əgər məşqçilər heyəti şans versə, yenə komandaya kömək etməyə hazıram".
