20 fevral 2012 18:22
Millimizin İslandiya ilə oyunu bosniyalı hakimə tapşırıldı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İslandiya oyununun hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, sözügedən oyunu Bosniya və Herseqovinanı təmsil edən hakimlər idarə edəcək.
Qeyd edək ki, Azərbaycan – İslandiya oyunu fevralın 29-da, saat 18:00-da, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək.
Baş hakim: Emir Alekoviç
Baş hakimin köməkçiləri: Senad İbrisimbeqoviç, Darko Obradoviç
Dördüncü hakim: Momir Sirko
