20 fevral 2012 18:49
Sergey Yuran: Bakı bizi oyun səviyyəsinə görə üstələdi
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 21-ci turunun “Bakı”yla oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis komandasının 0:2 hesabıyla məğlub olduğu oyundan sonra bunları dilə gətirib:
“Oyun çox gözəl keçdi. Hər iki komandanın fərqlənmək üçün kifayət qədər qol imkanı oldu. Sadəcə biz bunları reallaşdıra bilmədik. Rəqibimiz bizi oyun səviyyəsinə görə üstələdi. Komandamızda bir sıra çatışmamazlıqlar var ki, bu da oyunumuzda özünü biruzə verdi”.
