20 fevral 2012 18:56
Aleksandr Starkov: Layiqli qələbə qazandıq
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 21-ci turunun “Simurq”la oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssis komandasının 2:0 hesabıyla qələbə qazandığı oyundan sonra bunları dilə gətirib:
“Bir neçə gün əvvəl “Qarabağ”la oyunda ağır məğlubiyyət aldıq. Bu oyunda isə ilk qolu tez vurduq, çoxlu qol imkanlarımız olmadı. Oyun gərgin məcrada keçdi, ikinci hissədə futbolçumuz qırmızı vərəqə aldı. Qırmızı vərəqədən sonra isə komandamız ikinci dəfə fərqlənə bildi. İkinci hissədə oyunumuz daha keyfiyyətli alındı. Layiqli qələbə qazandıq”.
