20 fevral 2012 19:18
Raab: Sürəti yüksək tutmağa çalışdıq
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 21-ci turunun “İnter”lə oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesabıyla məğlub olduğu oyundan sonra bunları dilə gətirib:
“Dünən meydança pis olsa da, bu gün stadionun vəziyyəti normal idi. Komandam oyunun sonuna qədər mübarizə apardı. Sürəti yüksək tutmağa çalışdıq. Bir çox qol imkanlarımız olsa da, son anda vuran ayağın olmamasına görə qol vura bilmədik. “İnter” bizim iki səhvdən istifaə edib qol vurdu. Rəqibə gələcək oyunlarda uğurlar arzulayıram”.
