21 fevral 2012 00:11
Favoritlərin günü
Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura fevralın 20-də keçirilmiş 3 oyunla start verildi. Azerisport.az xəbər verir ki, günün qarşılaşmaları favoritlərin qələbəsi ilə yekunlaşdı.
Turun açılış matçında “Qarabağ” Quzanlıda “Kəpəz”lə qarşılaşdı. Ağdam klubu öncədən də gözlənildiyi kimi, rəqibini məğlub etdi. Baxmayaraq ki, doğma meydanda çıxış edən Qurban Qurbanovun yetirmələrinin daha böyük hesabla qələbə qazanacağı proqnozlaşdırılırdı. Axı “Qarabağ” birinci dövrədə də bu rəqibini səfərdə də məğlub etməyi bacarmışdı – 2:1.
Lakin istənilən halda bu qələbə Ağdam klubuna lazımı 3 xalı qazandırdı. Bununla da Qurban Qurbanovun komandası ilk altılıqda yerini rəsmən təmin edən 4-cü komanda oldu. 1:0 hesablı qələbə sayəsində bu komanda xal hesabını 35-ə çatdırdı. Bununla da “Qarabağ” 7-ci pillədə qərarlaşan komanda üçün əlçatmaz oldu. Hazırda “Qarabağ”la 7-ci pillədəki “Rəvan” arasında 10 xallıq fərq var. “Rəvan” bu gün “Neftçi”ni udsa belə, “Qarabağ” ilk “altılığ”ı tərk etməyəcək.
Qeyd edək ki, bundan əvvəl “Neftçi”, “Xəzər Lənkəran” və “İnter” ilk altılığa vəsiqə qazanmışdı. “Turan”, “Sumqayıt”, “Kəpəz” və “Simurq”un ikinci altılıqda oynayacağı dəqiqdi. İlk altılığa qalan iki vəsiqəyə “Bakı”, “Qəbələ”, “Rəvan” və AZAL iddia edir.
Ötən tur “Qarabağ”a böyük hesabla uduzmuş “Bakı” bu dəfə Zaqatalada “Simurq”la üz-üzə gəldi. Paytaxt klubu məğlub olacağı halda, baş məşqçisi Aleksandr Starkovla yollarını ayırmaq təhlükəsiylə üz-üzəydi. Bundan əlavə “zolaqlılar” ən güclü altı klub arasındakı mövqeyini də zəiflədə bilərdi. Lakin “Bakı” Zaqatala klubunu səfərdə yenməyi bacardı.
Görüş gərgin mübarizə şəraitində keçdi. “Bakı”nın hər iki qolunu yeni transferləri vurdu. Qışda alınmış daha bir oyunçu isə qırmızı vərəqə ilə meydançadan qovulmaqla yadda qaldı. “Simurq” azlıqda qalan rəqibini cəzalandırmaq imkanına malik olsa da, penaltidən yararlana bilmədib. Beləcə, paytaxt klubu ilk növbədə birinci altılığı tərk etmə təhlükəsindən qurtuldu. Eyni zamanda Starkovun da başının üzərini alan qara bulublar nisbətən dağılmış oldu.
Liderlik uğrunda mübarizə aparan “İnter” isə “Sumqayıt”ı qəbul etdi. Doğma meydanda çıxış edən “bankirlər” gözlənildiyi kimi, autsayderin sürprizə imza atmasına imkan vermədi. Baxmayaraq ki, rəqibi say üstünlüyünə də malik idi. Amma “Bakı” kimi “bankirlər” də 2 cavabsız qolla 3 xala sahib çıxmağı bacarıblar. “İnter” bu qələbə sayəsində ən azı 1 gün müddətinə liderliyə yüksəlib. İndi paytaxt klubu əsas rəqibi “Neftçi”nin xal itirməsini arzulayacaq ki, zirvədəki mövqeyini qoruya bilsin. Elə “Xəzər Lənkəran”ın da xal itkisi “bankirlər” üçün az əhəmiyyət daşımayacaq.
Qeyd edək ki, ilk oyun günündə baş tutan hər üç görüşdə qırmızı vərəqə qeydə alındı. Düzdü, “Qarabağ” – “Kəpəz” matçında qeydə alınan qırmızı vərəqə oyunun gedişinə xüsusi təsir etmədi. Çünki qonaqların oyunçusu Əli İsmayılov yalnız əlavə vaxtda meydandan qovuldu. “Bakı” və “İnter”in oyunçularının meydandan qovulması isə rəqiblərinə əlavə üstünlük qazandırsa da, onlar bu şansdan yararlana bilmədilər. Əksində, məhz oyundaşları meydandan qovulandan sonra hər iki paytaxt klubu daha bir qol vurmaqla, qələbələrinə şübhə yeri qoymadılar.
Premyer Liqa
20-ci tur
Qarabağ- Kəpəz - 1:0 (1:0)
Qol: Georgi Adamiya, 27.
Sarı vərəqələr: Armand Feutçin, 18 (kobud oyun), Ceyhun Sultanov, 20 (hakimin qərarına etiraz), İon Arabaci, 45+1 (qeyri-idman hərəkəti), Dmitri Parxaçov, 45+1 (qeyri-idman hərəkəti), Əli İsmayılov, 73 (kobud oyun); 90+1 (kobud oyun) – sarı, Əli İsmayılov, 90+1 (kobud oyun) – qırmızı.
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Azər Əsgərov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
20 fevral 2012. Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu. 2000 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 9. Bəxtiyar Soltanov (19. Muarem Muarem, 71), 11. Rauf Əliyev (17. Vüqar Nadirov, 84), 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 44. Eltun Yaqublu, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 22. Tural Abbaszadə, 8. Armand Feutçin, 2. Nail Məmmədov, 4. Azər Məmmədov (k), 5. Əli İsmayılov, 27. Pərvin Paşayev (23. Junivan Suares, 79), 25. İon Arabaci, 11. Sabir Allahquliyev, 14. Dmitri Parxaçov (9. Ceyhun Əhmədov, 73), 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 19. Zaur Əsədov, 6. Vasif Əliyev, 15. Şahin Kərimov, 33. Təbriz Hüseynli.
Baş məşqçi: Fuad İsmayılov.
Simurq - Bakı - 0:2
Qollar: Duje Bakoviç, 2 (0:1), Serxio Kontreras Pardo, 64 (0:2).
Matçın 85-ci dəqiqəsində Rəşad Eyyubov penaltidən yararlana bilməyib.
Vərəqələr: Emin Cəfərquliyev, 52 (qeyri-idman hərəkəti) - Lukaş Mario Horvat, 61 (rəqibi əllə tutduğuna görə); 62 (əllə oyun) – sarı, Lukaş Mario Horvat, 62 (əllə oyun) – qırmızı.
Hakimlər: Anar Salmanov, İlham Əliyev, Mübariz Haşımov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
20 fevral 2012. Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. Tamaşaçı yoxdu.
Simurq: 32. Dmitri Kramarenko, 3. Rasim Ramaldanov (k), 79. Vidas Alunderis, 7. Ruslan Poladov, 28. Rüstəm Abbasov, 4. Vasili Yanatovski, 10. Tofiq Mikayılov (14. Andrey Rubin, 79), 29. İqor Tarasov, 77. Daniel Genov, 21. Emin Cəfərquliyev (5. Rəşad Eyyubov, 70), 19. Anatoli Doroş (9. Əli Bağırov, 25).
Ehtiyat oyunular: 1. Fuad Əhmədov, 15. Nicat Qurbanov, 23. Ruhid Usubov, 8. Qərib İbrahimov.
Baş məşqçi: Sergey Yuran.
Bakı: 1. Marko Şarliya, 2. Duje Bakoviç, 3. Denis İvanov, 8. Junior Xavier Vilson, 10. Lukaş Mario Horvat, 11. Elvin Məmmədov (22. Tural Qürbətov, 90+2), 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 36. Uinston Parks (25. Şəhriyar Əliyev, 90+1), 77. Aleksandar Şoliç, 98. Serxio Kontreras Pardo (99. Rəhman Hacıyev, 72)
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 23. Xalidu Sissoko.
Baş məşqçi: Aleksandr Starkov.
İnter - Sumqayıt - 2:0 (1:0)
Qollar: Baçana Tsxadadze, 34 (1:0), Vladimir Levin, 65 (2:0)
Vərəqələr: Samir Zərgərov, 56 (bilərəkdən əllə oyun), Asif Məmmədov, 77 (qeyri-idman hərəkəti), Nizami Hacıyev, 86 (qeyri-idman hərəkəti) - Ramil Həşimzadə, 35 (qeyri-idman hərəkəti), Abdulla Abatsiyev, 45+1 (qeyri-idman hərəkəti) – sarı. Arif Daşdəmirov, 35 (bilərəkdən rəqibi ayaqla vurduğuna görə) – qırmızı.
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Zeynal Zeynalov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əmir Zamanov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
20 fevral 2012. Bakı. "Şəfa" stadionu. 300 tamaşaçı
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov (11. Asif Məmmədov, 72), 8. Nizami Hacıyev, 13. Bronislav Çervenka, 14. Peter Zlatinov (25. İbrahima Niasse, 64), 15. Vladimir Levin (k), 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 28. Baçana Tsxadadze (16. Elnur Abdulov, 88), 29. Əziz Quliyev.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 20. Girt Karlson, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sumqayıt: 55. Andrey Popoviç, 2. Slavik Alxasov, 20. Timur İsrafilov, 15. Tərlan Quliyev, 22. Ruslan Tağızadə (10. Eşqin Quliyev, 46), 52. Bədavi Hüseynov (k), 27. Ramil Həşimzadə (19. Orxan Əliyev, 80), 25. Uğur Pamuk, 21. Murad Səttarlı, 47. Abdulla Abatsiyev (90. Yasin Abbasov, 63), 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 9. Orxan Həsənov, 8. Emin Mustafayev, 7. Mahmud Qurbanov.
Baş məşqçi: Bernard Raab.
Qeyd edək ki, turun qalan oyunları bu gün keçiriləcək: Qəbələ - Xəzər Lənkəran, AZAL – Turan, Neftçi - Rəvan.
|
1
|
İnter
|
20
|
12
|
6
|
2
|
20-9
|
42
|
|
2
|
Neftçi
|
19
|
13
|
1
|
5
|
40-16
|
40
|
|
3
|
Xəzər Lənkəran
|
19
|
11
|
5
|
3
|
28-17
|
38
|
|
4
|
Qarabağ
|
20
|
10
|
5
|
5
|
24-14
|
35
|
|
5
|
Bakı
|
20
|
9
|
5
|
6
|
25-19
|
32
|
|
6
|
Qəbələ
|
19
|
8
|
5
|
6
|
19-19
|
29
|
|
7
|
Rəvan
|
19
|
6
|
7
|
6
|
23-23
|
25
|
|
8
|
AZAL
|
19
|
6
|
5
|
8
|
26-29
|
23
|
|
9
|
Simurq
|
20
|
5
|
4
|
11
|
18-30
|
19
|
|
10
|
Kəpəz
|
20
|
4
|
4
|
12
|
21-36
|
16
|
|
11
|
Sumqayıt
|
20
|
4
|
3
|
13
|
13-28
|
15
|
|
12
|
Turan
|
19
|
3
|
2
|
14
|
11-28
|
11
|
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL), Flavinyo (Neftçi)
6 - Uinston Parks (Bakı), Dodo (Qəbələ), Əfran İsmayılov (Qarabağ)
