20 fevral 2012 11:09

Premyer Liqa, 21-ci tur: Mirbağır İsayevin proqnozu

“Kəpəz”in sabiq baş məşqçisi Mirbağır İsayev Premyer Liqanın 21-ci turu ərəfəsində azerisport.az saytı üçün komandaların şanslarını dəyərləndirib.
 
İnter – Sumqayıt
Fikrimcə, biz meydanda maraqlı mübarizənin şahidi olacağıq. Məlum olduğu kimi, “bankirlər” çempionluğa oynayırlar. Bu oyuna öz mövqelərini möhkəmləndirmək üçün çıxacaqlar. Rəqib düşərgədə isə sadəcə elitada qalmaq vəsifəsindən söhbət gedə bilər. Hesab edirəm ki, bu görüşün taleyini bir qol həll edəcək. “İnter”in qələbəsinə üstünlük verirəm.
 
Simurq – Bakı
“Bakı”nın “Qarabağ”a qarşı son oyunu daha yaxşısını arzulamağa məcbur edirdi. Mümkündü ki, komandanın hazırlığı o qədər də yüksək səviyyədə deyil. Yaxud bu, fasilədən sonrakı sıradan bir xal itkisiydi. “Simurq”un fasilədən sonrakı oyununu görməmişəm. Ona görə də dəqiq proqnoz vermək çətindi. Fikrimcə, komandaların şansları 50-nin 50-yədi.

Qarabağ – Kəpəz
Yenidən “Bakı” – “Qarabağ” oyununa qayıdaraq qeyd etməliyəm ki, Ağdam klubunun həmin matçda sərgilədiyi futbol çox yaxşı təsir bağışladı. Bu oyunda da “Qarabağ”ın qələbəsini proqnozlaşdırıram. Özü də inamlı qələbə qazanmalıdılar. Hər halda bu komandanın necə futbol oynadığının hamımız şahidiyik.
 
Qəbələ - Xəzər Lənkəran
Mən “Xəzər Lənkəran”ın son oyununu görmüşəm, yaxşı oynadılar. “Qəbələ”nin 20-ci turdakı oyununu görməsəm də, onlar səfərdə “Simurq”u çətinliklə də olsa, məğlub edə bildilər. Lakin mərkəzi oyunda “Xəzər Lənkəran”ın qələbə şanslarını daha yüksək qiymətləndirirəm.
 
AZAL – Turan
Sirr deyil ki, “Turan” bu mövsüm ciddi problemlərlə üzləşib. Komandadakı böhran futbolçulara da təsirsiz ötüşmür. Amma mən deməzdim ki, AZAL asan qələbə qazanacaq. Əlbəttə, “təyyarəçilər” daha komplekləşmiş heyətə malikdilər. Buna görə də onların qələbə qazanmaq şansı daha çoxdu.

Neftçi – Rəvan
Bu, yəqin ki, hər iki komanda üçün çətin oyun olacaq. Fikrimcə, “Neftçi” bu görüşdə öz liderliyini qorumağa çalışacaq. Hər halda komanda çempionluğa oynayırsa, xal itirməməlidi. Düzdü, “Rəvan” sürprizləri xoşlayan komandadı. Amma “Neftçi”nin bu komandanı məğlub edəcəyini düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.