23 fevral 2012 01:37
Bayern və İnter ilk oyunda məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Belə ki, Moskva CSKA-sı evdə Madrid “Real”ını qəbul edib. Tərəflər meydandan sülhlə ayrılıblar. “Napoli” isə doğma meydanda “Chelsea” ilə münasibətlərinə aydınlıq gətirib. İtaliya klubu rəqibini hesabı açmasına peşman edib.
İkinci oyun günündə isə “Basel” “Bayern”lə qarşılaşmada sürpriz qələbəyə sevinib. Marsel “Olympique”i də “Inter”lə qarşılaşmanın son saniyələrində gələn qolla qələbə qazanıb.
Çempionlar Liqası
1/8 final mərhələsi (ilk oyunlar)
21 fevral
CSKA (Moskva, Rusiya) - Real (İspaniya) - 1:1 (0:1)
Qollar: Vernblum, 90 - Ronaldo, 28.
Napoli (İtaliya) – Chelsea (İngiltərə) - 3:1 (2:1)
Qollar: Lavetsi, 38; 65, Kavani, 45 - Mata, 27.
22 fevral
Basel (İsveçrə) - Bayern (Almaniya) - 1:0 (0:0)
Qol: Stoker, 86.
Olympique (Marsel) - Inter (İtaliya) - 1:0 (0:0)
Qol: Ayeu, 90+2.
Qeyd edək ki, bu mərhələnin digər görüşləri ötən həftə keçirilmişdi:
Bayer (Almaniya) – Barcelona (İspaniya) - 1:3
Olympique (Lion) - APOEL (Kipr) - 1:0
Zenit (Rusiya) – Benfica (Portuqaliya) - 3:2
Milan (İtaliya) – Arsenal (İngiltərə) - 4:0
