20 fevral 2012 00:16

Üçü paytaxtda, üçü bölgədə: diqqət Qəbələyə!

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, ənənəyə uyğun olaraq yenə qarşılaşmalardan üçü bu gün, qalan üçü isə ikinci oyun günü keçirələcək.
 
Hesabat turunun açılış matçında "Qarabağ" Quzanlıda "Kəpəz"i qəbul edəcək. Orxan Məmmədovun idarə edəcəyi oyunun favoriti şübhəsiz ki, Ağdam klubudu. Son turda “Bakı”nı darmadağın edən Qurban Qurbanovun komandası uğurlu seriyasının davamını gətirməyə çalışacaq. Hansi ki, bu komanda son turda Premyer Liqanın cari mövsümündə ardıcıl 5 oyun qol buraxmayan ilk komanda oldu. 2011-ci il noyabrın 26-da 14-cü turun “Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqdan sonra qapısından qol buraxmayan ağdamlılar seriyasını bu tur da davam etdirə bilər. Bu mənada sözügedən oyun sonuncu dəfə “Neftçi”nin braziliyalı legioneri Flavinyo tərəfindən məyus edilən serbiyalı qapıçı Boyan Pavloviç üçün də xüsusi önəm kəsb edir. Bu qapıçı 452 dəqiqədi ki, qapısını toxunulmaz saxlayır.
 
Əks düşərgədə isə, vəziyyət heç də ürəkaçan deyil. Son turda “İnter”ə minimal hesabla uduzan Gəncə klubunun çətin səfərdə nəyəsə nail olacağı inandırıcı görünmür. Fuad İsmayılovun komandası üçün ilk altılığa düşmək şansları da qalmayıb. Üstəlik doğma meydan amili də rəqibin tərəfində olacaq. Bu üzdən “Qarabağ”ın belə bir fürsəti qaçırmaq, liderlərə yaxınlaşmaq şansından yararlanmamaq ehtimalı azdı. Hansı ki, ilk dövrədə də ağdamlılar bu rəqini səfərdə 2:1 hesabıyla məğlub etməyi bacarmışdılar.
 
Liderlər qrupunda qərarlaşan digər komanda - “İnter” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. “Bankirlər” son turda “Kəpəz”i çətinliklə məğlub edib, ikinci pillədəki mövqeyini qoruya bildi. Bu dəfə isə eyni aqibəti debütanta yaşatmaq lazımdı. Paytaxt klubu ilk dövrədə bu vəzifənin öhdəsindən səfərdə gəlmişdi – 2:0. İndi doğma meydanda bunu həyata keçirmək daha asan olmalıdı. Baxmayaraq ki, qışda heyətini gücləndirən sumqayıtlılar oyun planında da az artırmayıb. Buna baxmayaraq, yenə görüşün favoriti bakılılardı və autsayderin sürprizə imza atması az inandırıcıdı.
 
Son turda “Qarabağ”a arzuolunmaz şəkildə uduzan “Bakı” "Simurq"la üz-üzə gələcək. Paytaxt klubu həmin uğursuzluğu unutdurmaq üçün Zaqatala klubunu mütləq məğlub etməlidi. Amma bu, heç də asan olmayacaq. Əvvəla qarşılaşma səfərdə keçiriləcək ki, bu amil daha çox meydan sahiblərinin işinə yarayacaq. Düzdü, Sergey Yuranın komandası son turda Zaqatalada “Qəbələ”yə uduzsa da (0:1), bu dəfə eyni uğursuzluğun təkrarlanmasına imkan vermək istəməyəcək. Yeri gəlmişkən, ilk dövrdədə “Simurq” bakılılardan səfərdə xal almağı bacarmışdı – 0:0. Bölgə təmsilçisinin yenə rəqibindən xal alması və ya qələbə qazanması isə “Bakı”da ciddi dəyişikliklərə səbəb ola bilər. Məsələ burasındadı ki, paytaxt klubunun rəhbərliyi baş məşqçi Aleksandr Starkova xəbərdarlıq edib və növbəti uğursuzluq olacağı halda, latviyalı mütəxəssis istefaya göndərilə bilər. Üstəlik, komanda 5-ci pillədəki yerini də itirə bilər.
 
İkinci oyun günündə baş tutacaq turun mərkəzi oyununda "Qəbələ" "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək. Hər iki komanda son turda qələbə qazanıb və düşərgələrində əla əhval-ruhiyyə hökm sürməkdədi. Liderlərin büdrəməsini arzulayan Lənkəran klubu birinci pilləyə yüksəlmək, ən azı ikinci olmaq üçün bu çətin səfərdə qələbə qazanmağa borcludu. Cənublular ilk dövrədəki ev oyununda bunu bacarmışdılar – 2:1. Amma bu dəfə qarşılaşma rəqib meydanında keçirildiyindən, doğma meydan amili “Qəbələ”nin xeyrinədi. Üstəlik meydan sahibləri Toni Adamsın gedişindən, Fatih Kavlakın baş məşqçi təyinatından sonra daha inamlı təsir bağışlamaqdadı. “Qəbələ”nin latviyalı futbolçusu Pavel Doroşev də son turda 400 quru dəqiqə səddini arxada qoydu. O, sonuncu dəfə 15-ci turun ötən il dekabrın 4-də keçirilən “Sumqayıt”la oyununda qapısından qol buraxmışdı. Doroşev “Simurq”la son oyunda quru seriyanı 411 dəqiqəyə çatdırdı. “Ağ-yaşıllar”ın onun bu seriyasını qırmağı nə dərəcədə bacaracağını zaman və sözügedən oyun göstərəcək. İlk altılıqdakı yerini təmin etməyə çalışan “Qəbələ”nin 5-ci pilləyə qalxmaq üçün xal və ya xallar qazanmağa borclu olduğunu da qeyd edək.
 
Son turda məhz “Xəzər Lənkəran”a uduzan AZAL "Turan"la qarşılaşacaq. “Təyyarəçilər” kimi, Tovuz klubu da son turu məğlubiyyətlə başa vurmuşdu. Paytaxt klubu doğma meydanda qəbul edəcəyi autsayderə şans tanıyana oxşamır. Hər halda ilk altılığa düşmək üçün mübarizə aparan bakılılar bu görüşün favoriti hesab olunurlar. Əsgər Abdullayevin komandası onun sabiq klubuyla görüşdə çətin ki, sürpriz edə bilsin. Baxmayaraq ki, ilk dövrədəki oyunda tərəflər qolsuz heç-heçəyə razılaşmışdılar.
 
Turun qapanış matçında da lider "Neftçi" "Rəvan"ı qəbul edəcək. Son çempion zirvədəki mövqeyini qorumaq üçün xal itirməməyə borcludu. Əks halda əsas izləyicilərindən “İnter”lə “Xəzər Lənkəran”ı önə buraxa bilər. Bunun üçün ilk dövrədəki uğuru (1:0) təkrarlamaq vacibdi. “Rəvan” isə ilk altılığa vəsiqə uğrunda mübarizədən kənar qalmamaq üçün “ağ-qaralar”la oyunda sensasiyaya imza atmalıdı.
 
Premyer Liqa
21-ci tur
20 fevral (bazar ertəsi)
 
Qarabağ - Kəpəz
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Yaşar Abbasov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.
 
İnter - Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Zeynal Zeynalov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Əmir Zamanov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
 
Simurq - Bakı
Hakimlər: Anar Salmanov, İlham Əliyev, Mübariz Haşımov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala. Şəhər stadionu. Saat 16:00.
 
21 fevral (çərşənbə axşamı)
 
Qəbələ - Xəzər Lənkəran
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ rayonu, Böyük Əmrli kənd stadionu. Saat 14:00.
 
AZAL - Turan
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Ramiz Əsədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. AZAL Arena. Saat 14:00.
 
Neftçi - Rəvan
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:30.
 
1
Neftçi
19
13
1
5
40-16
40
2
İnter
19
11
6
2
18-9
39
3
Xəzər Lənkəran
19
11
5
3
28-17
38
4
Qarabağ
19
9
5
5
23-14
32
5
Bakı
19
8
5
6
23-19
29
6
Qəbələ
19
8
5
6
19-19
29
7
Rəvan
19
6
7
6
23-23
25
8
AZAL
19
6
5
8
26-29
23
9
Simurq
19
5
4
10
18-28
19
10
Kəpəz
19
4
4
11
21-35
16
11
Sumqayıt
19
4
3
12
13-26
15
12
Turan
19
3
2
14
11-28
11
 
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL), Flavinyo (Neftçi)
6 - Uinston Parks (Bakı), Dodo (Qəbələ), Əfran İsmayılov (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.