20 fevral 2012 00:34
Bakı 4 futbolçusunun xidmətindən məhrum oldu
Ötən gün səhər saatlarında Zaqatalaya yollanan "Bakı" oyunun keçiriləcəyi şəhər stadionunda son məşqə çıxıb. Azerisport.az xəbər verir ki, Aleksandr Starkovun rəhbərliyi altında meydana çıxan futbolçular 1 saat ərzində fiziki və taktiki təmrinlər üzərində çalışıblar.
Məşq ikitərəfli oyunla yekunlaşıb. Zədəli futbolçular Elvin Əliyev, İbrahim Karqbo, Maris Verpakovskinin sirasına son oyunda xəsarət alan Nenad Kovaçeviç də qoşulub. Bu futbolçular məşqdə iştirak etməyiblər.
