21 fevral 2012 01:06
Əfran İsmayılov: Hansı hesabla qalib gəlməyin önəmi yox idi
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Premyer Liqanın 21-ci turunun “Kəpəz”lə oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, komandasının 1:0 hesabıyla qələbə qazandığı oyunla bağlı bunları dilə gətirib:
“Qələbə qazandıq. Amma buna çox çətinliklə nail olduq. Bilirdik ki, rəqib qol buraxandan sonra daha çox irəli atılacaq, pressinq tətbiq edəcək. Elə də oldu. Növbəti qol vurmaq şanslarımız da az olmadı. Buna baxmayaraq, onlardan yararlana bilmədik. Lakin qələbənin hansı hesabla qazanılması o qədər də önəmli deyil. Əsas odu ki, 3 xalı qazandıq”.
