21 fevral 2012 13:35
Arif Daşdəmirov: O, məni təhqir etdi və özümü saxlya bilmədim
“İnter”in müdafiəçisi Arif Daşdəmirov Premyer Liqanın21-ci turunda “Sumqayıt”la oyunun 35-ci dəqiqəsində meydandan qovulmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, qırmızı vərəqə almasının səbəbini belə izah edib:
“Həmin epizodda Ramil Həşimzadə məni təhqir etməyə başladı və mən özümü saxlaya bilmədim. Əsəblər onsuz da üst həddə idi. O, kobudluq edincə, mən də özümü saxlaya bilmədim. Baxmayaraq ki, bunu etməməliydim. Qaydaları pozmuşdum və buna görə də qırmızı vərəqə aldım. Uşaqlar sağ olsunlar ki, sona kimi dayandılar və qələbə qazandılar. “İnter” mənə görə xal itirsəydi, özümü bağışlamazdım”.