21 fevral 2012 13:43
Azarkeşlər Qəbələ - XL matçında qonaqları favorit görürlər
Azerisport.az növbəti sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 21-ci turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
Beləliklə, azarkeşlərin fikrincə, 21-ci turun mərkəzi oyununda “Xəzər Lənkəran” qalib gələcək. Respondentlərin böyük əksəriyyəti – 65 faizi məhz cənubluların qələbə qazanacağını düşünür.
“Qəbələ”nin qalib gələcəyinə inananlar isə 22 faiz təşkil edib. Yerdə qalan 13 faiz isə heç-heçə olacağını düşünür.
