21 fevral 2012 14:23
Ramos dünyanın ən yaxşı mərkəz müdafiəçisi adlandırıldı
İspaniyanın “Real” klubunun sabiq baş direktoru Xorxe Valdano hesab edir ki, Serxio Ramos hazırda dünyanın ən güclü mərkəz müdafiəçisidi. Azerisport.az xəbər verir ki, o, bu barədə İspaniya mətbuatına açıqlamasında bildirib.
Qeyd edək ki, Madrid klubunun baş məşqçisi Joze Mourinyo son dövrlər Ramosu mərkəz müdafiəçisi mövqeyində sınayır. Əksər mütəxəssislərin fikrincə, o, mərkəzdə ən azı özünə doğma olan sağ cinah müdafiəçisi qədər uğurlu təsir bağışlayır.
Valdano da onun məhz mərkəzdə oynamasını daha münasib sayanlardandı: “Fikrimcə, Serxioya dəymək lazım deyil. Qoy elə mərkəzdə oynasın. O, bu mövqedə dünyanın ən yaxşısıdı”.
