21 fevral 2012 14:55
Ramil Həşimzadə: Mən Arif Daşdəmirovu söyməmişəm
“Sumqayıt”ın yarımmüdafiəçisi Ramil Həşimzadə Premyer Liqanın 21-ci turunun “İnter”lə oyununda rəqib futbolçu Arif Daşdəmirovla aralarındakı qalmaqala toxunub. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən Arif Daşdəmirovu söyməmişəm. Başa düşmürəm, o, niyə belə açıqlama verib? Qırmızı vərəqədən öncə Daşdəmirov mənə qarşı kobud oynamışdı. Həmin anda isə mənə möhkəmcə toxundu. Mən əlimlə göstərdim ki, kobud oynamaq omaz. Amma rəqib futbolçu mənə zərbə endirdi. Həmin epizoda baxa da bilərsiz. Sizi əmin edirəm ki, mən onu təhqir etməmişdim. Hakim onu meydandan qovmaqla düz etdi”.
