21 fevral 2012 15:24
Qvardiolanın postuna dörd namizəd
İspaniyanın “Barcelona” klubunun sabiq baş məşqçisi Karles Reksaç Kataloniya təmsilçisinin hazırkı çalışdırıcısı Xosep Qvardiolanın istefa verəcəyi onu əvəzləmək üçün əsas namizədlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ispan jurnalistlərlə söhbətində bunları dilə gətirib:
“Qvardiolanın əvəzləyəcisi “Barcelona”da oynamış və ya işləmiş biri olmalıdı. Ən azından həmin şəxs bu klubu yaxından tanımalıdı. Onun “Barcelona”nın futbol fəlsəfəsindən xəbərdar olması da lazımdı. Amma ümid edirəm ki, Qvardiola yaxın illərdə də klubdakı işini davam etdirəcək. Onu bu postda konkret kimlər əvəzləyə bilər? Mikael Laudrup, Ronald Kuman, Ernesto Valverde və ya İvan de la Penya”.
