21 fevral 2012 15:42
Turanın hücumçusu xəstəxanalıq oldu
“Turan”ın hücumçusu Nadir Nəbiyev ciddi zədə ilə üzləşib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun forvardı Premyer Liqanın 21-ci turunun bu gün keçirilən AZAL-la oyununda zədələnib.
İlk hissənin sonlarına doğru zədələnən futbolçu paltardəyişmə otağına xərəkdə aparılıb. Nəbiyevin sol çiyninin qırıldığı bildirilir. Bu üzdən fasilədə futbolçu təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Sözügedən xoşagəlməz olayla əlaqədar AZAL – “Turan” matçının ikinci hissəsi hətta 20 dəqiqəlik gecikmə ilə başlayıb.
