21 fevral 2012 16:28
Cüneyt Biçər: Pis oynadığımızı düşünmürəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər Premyer Liqanın 21-ci turunun “Qəbələ” ilə oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis komandasının 1:2 hesabıyla məğlub olduğu oyunla bağlı bunları dilə gətirib:
“Hər iki komanda gözəl oyun göstərdi. Təəssüfki 93-cü dəqiqədə qapımızdan qol buraxdıq. Pis oynadığımızı düşünmürəm. Yaxşı oyun oldu”.
