21 fevral 2012 16:34
Kavlak: XL-da rəqibin oyununu pozmağı bacaran güclü futbolçular var
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 21-ci turunun “Xəzər Lənkəran”la oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis komandasının 2:1 hesabıyla qələbə qazandığı oyunla bağlı bunları dilə gətirib:
“Oyun yüksək tempdə keçdi. Rəqibimiz hücum futbolu oynayan komandadı. “Xəzər Lənkəran”ın heyətində rəqibin oyununu pozmağı bacaran güclü futbolçular var. Qalib gəldiyimiz üçün sevincliyik”.
