21 fevral 2012 16:46
Kamran Ağayevlə Mahir Şükürov söz davasına çıxdı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turunun “Qəbələ” – “Xəzər Lənkəran” oyunu qalmaqalla yadda qalıb. Azerisport.az xəbər verir ki, hesabat turunun mərkəzi oyunu zamanı Azərbaycan millisinin iki üzvü arasında gərginlik yaranıb.
Belə ki, oyunun gedişində meydan sahiblərinin kapitanı Mahir Şükürov rəqib komandanın qapıçısı Kamran Ağayevlə söz davasına çıxıb. Baxmayaraq ki, cənubluların qapıçısı bu oyunda ehtiyat oyunçular skamyasında yer almışdı.
Onların bu mübahisəsi oyundan sonra da davam edib. Lakin komanda yoldaşları millimizin iki üzvü arasındakı gərginliyin daha da böyüməsinə imkan verməyiblər.
