21 fevral 2012 17:08
Böyükağa Hacıyev: Fasilədə futbolçulara iradlarımı bildirdim
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 21-ci turunun “Rəvan”la oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesabıyla qələbə qazandığı oyunla bağlı bunları dilə gətirib:
“Rəvan”la matçın çətin keçəcəyini bilirdim. Bu komanda tam başqa futbol oynayır. Ona görə də bu gün bizə çox çətin oldu. Birinci hissədə rəqib komanda daha yaxşı təsir bağışladı. Fasilədə futbolçulara iradlarımı bildirdim. Oyun ərzində kifayət qədər qol imkanlarımız olsa da, bunların yalnız birindən yararlandıq. “Rəvan” yaxşı müdafiə olundu. Əsasən də qapıçıları inamlı təsir bağışlayırdı. Flavinyo qələbə qolunu vurmaqla komandaya vacib 3 xal qazandırdı. Denis Silva bu gün zəif oynadı. Əgər oynamaq istəmirsə, o zaman gəlib ehtiyat oyunçular skamyasında otursun. Ona görə də, Denis Silvanın əvəzinə meydana Cavid İmamverdiyevi buraxdım. Məhz bu əvəzləmə də qol gətirdi. “Neftçi”də əvəzolunmaz futbolçu yoxdu”.
