21 fevral 2012 17:27
Rafiq Mirzəyev: Belə hallar təkrarlanmamalıdı
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev Premyer Liqanın 21-ci turunun “Turan”la oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:2 hesabıyla qələbə qazandığı oyunla bağlı bunları dilə gətirib:
“Komandamız qələbə qazansa da, mən sərgilədiyimiz oyundan narazı qaldım. Qol vurandan sonra futbolçularımız arxayınlaşdılar və rəqibə çoxlu imkanlar yaratdılar. Hesab edirəm ki, ikinci hissədə komanda daha yaxşı təsir bağışladı. Amma oyunun sonunda baş verən hallar təkrarlanmamalıdı”.
