21 fevral 2012 17:47
Berti Foqts milli üzvlərini bəyənmədi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Premyer Liqanın 21-ci turunun canlı izlədiyi iki oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, ötən gün baş tutan “İnter” - “Sumqayıt” (2:0) və bu günkü “Qəbələ” – “Xəzər Lənkəran” (2:1) oyunları ilə bağlı bunları dilə gətirib:
“Hər iki oyun zəif alındı. Onlardan heç biri mənim xoşuma gəlmədi. Aşkar görünür ki, komandalar hələ optimal forma yığa bilməyiblər. Qəbələdəki oyunda yerli futbolçulardan heç birini bəyənmədim”.
Qeyd edək ki, Foqts sözügedən oyunu hesab 1:1 olarkən tərk edib.
