21 fevral 2012 18:01
Əsgər Abdullayev: Komanda tam hazır deyil
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 21-ci turunun AZAL-la oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:0 hesabıyla qələbə qazandığı – məğlub olduğu oyundan sonra bunları dilə gətirib:
“10 günün komandasıdı, heyətimizdə zədəli futbolçular var. Bu müddət ərzində nə futbolçu seçiminə, nə də hazırlığa lazımınca vaxt ayıra bilmədik. 70 dəqiqə oynadıqdan sonra komandanın bütün çatışmamazlıqları üzə çıxır. Komanda tam hazır deyil. Qarşıdakı oyunlara daha yaxşı çıxış edəcəyimizə və Premyer Liqadakı yerimizi qoruyacağımıza inanıram”.
