21 fevral 2012 18:41
Rəvan da əlini üzdü
Daha bir komanda ilk altılıqdan kənarda qalıb. Azerisport.az xəbər verir ki, “Rəvan”ın Premyer Liqanın final mərhələsində ikinci altılıqda çıxış edəcəyi dəqiqləşib.
Paytaxt klubu bu gün 21-ci tur çərçivəsində “Neftçi”nin qonağı olub və 0:1 hesabı ilə yenilib. Hazırda “Rəvan”ın hesabında 25 xal var və 8-ci pillədə qərarlaşıb. 6-cı pillədəki “Qəbələ” isə “Xəzər Lənkəran”ı udaraq xal hesabını 32-yə yüksəldib. İndi “Qəbələ” ilə “Rəvan” arasında 7 xallıq fərq, qarşıda isə 2 tur var.
Qeyd edək ki, bundan əvvəl “Turan”, “Sumqayıt”, “Kəpəz” və “Simurq” ilk “altılıq” iddiasını iitirmişdi. “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” və “Qarabağ” isə birinci “altılıq”da oynamaq hüququ qazanıb. İndi qalan iki vəsiqəyə üç komanda iddia edir – “Bakı”, “Qəbələ” və AZAL.
