21 fevral 2012 19:45
Qarabağ, Neftçi və İnter qələbəyə sevindi
AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnirin 3-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, baş tutan oyunlarda “Qarabağ” “Sumqayıt”ı məğlub edib.
“Əlincə “Neftçi İSM”-i, “İnter “Bakı kəndləri”ni darmadağın edib. “Neftçi” PFK isə “Hövsan” üzərində qələbəyə sevinib.
Nəticələri diqqətinizə çatdırırıq:
Qarabağ – Sumqayıt - 2:1
Əlincə – Neftçi İSM - 8:1
İnter – Bakı kəndləri - 5:0
Hövsan – Neftçi PFK - 0:2
