21 fevral 2012 11:34
Koke: Bu oyun bizim üçün çox vacib idi
“Bakı”nın yeni transferi Serxio Kontreras Premyer Liqanın 21-ci turunun “Simurq”la oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun heyətində qol hesabını açan ispaniyalı hücumçu komandasının 2:0 hesabıyla qələbə qazandığı oyunla bağlı bunları dilə gətirib:
“Qarabağ”a məğlubiyyətdən son bu oyun bizim üçün çox vacib idi. Əlbəttə, çətin oyun oldu. Amma biz qələbə qazanmağı bacardıq. Buna da şadam”.
