22 fevral 2012 00:04
İk vəsiqəyə üç namizəd qaldı
Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, bir-birindən maraqlı üç qarşılaşmada müxtəlif nəticələr qeydə alındı.
Qəbələnin Böyük Əmirli kəndinin meydançasında baş tutan turun mərkəzi qarşılaşmasına maraq daha böyük idi. Çünki ilk altılıqdakı yerini qorumağa çalışan “Qəbələ” ev oyununda qələbə qazanmağa borclu idi. Bu, ilk dövrədəki məğlubiyyətin qisasını çıxmaq baxımından da vacib əhəmiyyətə malik idi. Bu oyuna maraq qatan daha bir amil hər iki komandanın çalışdırıcısının türkiyəli olmasaydı.
Qarşılaşmada hesabı qonaq komandanın kapitanı Rahid Əmirquliyev açdı. Lakin ilk yarının sonlarında Aleksandr Çertoqanov bərabərlik qolunu vurdu. Onların hər ikisi Azərbaycan yığmasının üzvüdü və millimizin baş məşqçisi Berti Foqtsun canlı şahidlik etdiyi görüşdə fərqləndilər. Matçda son nöqtəni isə “Qəbələ”nin təcrübəli hücumçusu Deon Barton qoydu. O, qarşılaşma başa çatmaq üzrə olduğu vaxtda qələbə topunu vurmaqla cənubluları şoka saldı. Bu görüşdə “Xəzər Lənkəran”ın və millimizin əsas qapıçısı Kamran Ağayev çıxış etmirdi. Hər halda qonaqların məğlubiyyətində onun yoxluğu da az rol oynamadı. Nəticədə, “Xəzər Lənkəran” əsas rəqiblərindən bir qədər aralı düşmüş oldu.
Bu qarşılaşma ilə eyni vaxtda Şüvəlanda AZAL sonuncu pillədə qərarlaşan “Turan”ı qəbul etdi. Gözlənildiyi kimi, paytaxt klubu bu görüşdə qələbə qazandı. Amma “təyyarəçilər” 3 xalı bir qədər çətinliklə qazandılar. Hər halda bu qələbə sayəsində AZAL ilk altılıqda “Bakı” və “Qəbələ”yə çatma şanslarını nəzəri cəhətdən qorudu.
Sözügedən görüşə damğasını vuran daha bir amil isə bir qədər üzücü oldu. Belə ki, millimizin keçmiş hücumçusu Nadir Nəbiyev komandasının ilk qolunu vurandan az sonra ciddi zədə ilə üzləşdi. Onun vəziyyəti ciddi olduğundan fasilədə dərhal xəstəxanaya götürülməli oldu. Bu üzdən qarşılaşmanın ikinci hissəsinin də 20 dəqiqə gec başlaması lazım gəldi.
Turun qapanış matçında isə “Neftçi” “Rəvan”ı minimal hesabla yenərək, ötən gün əldən verdiyi liderliyini geri qaytardı. Baxmayaraq ki, “Rəvan” azca da dözsəydi, Premyer Liqada uzun müddətdən sonra lider dəyişikliyi baş verə bilərdi. Məhz bu yenilgidən sonra “Rəvan”ın Premyer Liqanın final mərhələsində ikinci altılıqda çıxış edəcəyi dəqiqləşdi.
Paytaxt klubunun hesabında 25 xal var və 8-ci pillədə qərarlaşıb. 6-cı pillədəki “Qəbələ” isə “Xəzər Lənkəran”ı udaraq xal hesabını 32-yə yüksəltdi. İndi “Qəbələ” ilə “Rəvan” arasında 7 xallıq fərq, qarşıda isə 2 tur var.
Qeyd edək ki, bundan əvvəl “Turan”, “Sumqayıt”, “Kəpəz” və “Simurq” ilk “altılıq” iddiasını iitirmişdi. “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” və “Qarabağ” isə birinci “altılıq”da oynamaq hüququ qazanıb. İndi qalan iki vəsiqəyə üç komanda iddia edir – “Bakı”, “Qəbələ” və AZAL.
Premyer Liqa
21-ci tur
Qəbələ - Xəzər Lənkəran - 2:1 (1:1)
Qollar: R.Əmirquliyev, 26 (0:1), A.Çertoqanov, 41 (1:1), D.Barton, 90+2 (2:1)
Vərəqələr: Daniel Lupez Kruz, 10 (simulyasiya), Mahir Şükürov, 45+1 (qeyri-idman hərəkəti), Aleksandr Çertoqanov, 60 (qeyri-idman hərəkəti) - Elnur Allahverdiyev, 22 (qeyri-idman hərəkəti), Katalin Doman, 46 (qeyri-idman hərəkəti), Rendal Brenes, 75 (qeyri-idman hərəkəti), Adrian Pit, 87 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
21 fevral 2012. Qəbələ. Böyük Əmili kənd stadionu. 1000 tamaşaçı.
Qəbələ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan (24. Tərzin Cahangirov, 90), 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 22. Murad Hüseynov (34. Ürfan Abbasov, 66), 26. Daniel Lopez Kruz, (10. Deon Burton, 66), 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 14. Veselko Trivunoviç, 21. Elmar Baxşiyev, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak.
Xəzər Lənkəran: 85. Kamal Bayramov, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz (15. Sadio Tounkara, 78), 7. Katalin Doman (10. Elnur Abdullayev, 88), 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 22. Antonio Semedo (30. Rendal Brenes, 55).
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 18. Alim Qurbanov, 21. Radomir Todorov, 33. Stevan Bates.
Baş məşqçi: Cüneyt Biçer.
AZAL - Turan - 3:2 (1:1)
Qollar: Zohair Benuahi, 1 (1:0), Nadir Nəbiyev, 39 (1:1), Zohair Benuahi, 71 (2:1), Georgi Boqyu, 78 (3:1), Rəşad Həsənov, 90+1 (3:2).
Vərəqələr: Elşən Məmmədov, 26 (hakimin qərarına etiraz); Viktor İqbekoyi, 44 (qeyri-idman hərəkəti); Robert Petrov, 67 (qeyri-idman hərəkəti) // Seidu Salifus, 28 (qeyri-idman hərəkəti); Ayxan Abbasov, 66 (qeyri-idman hərəkəti)
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Ramiz Əsədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 4 dəq.; II hissədə - 3 dəq.
21 fevral 2012. Bakı. AZAL Arena. 200 tamaşaçı.
AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 8. Ervin Bulku, 9. Elşən Məmmədov (14. Orxan Səfiyaroğlu, 46), 10. Nuqzar Kvirtiya, 11. Zohair Benuahi, 15. Georgi Boqyu, 16. Branislav Arseniyeviç, 17. Viktor İbekoyi.
Ehtiyat oyunçular: 85. Həsən Ağacanov, 6. Mindauqas Daunoraviçyus, 7. Tərlan Xəlilov, 13. Şəhriyar Rəhimov, 19. Hüseyn Axundov, 25. Tural Nərimanov.
Baş məşqçi: Rafiq Mirzəyev.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev (k), 4. Seymur Tağıyev, 5. Ayxan Abbasov, 7. Fərmayıl Əliyev, 10. Nadir Nəbiyev (20. Azər Məmmədov, 46), 14. Aleksandr Qoqoberişvili, 21. Rəşad Orucov, 29. Seydu Salifus (22. Cavad Mirzəyev, 63), 32. Cavid Tağıyev, 33. Rəşid Həsənov.
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 9. Xəyal Qarayev, 17. Rəşad Piriyev, 19. Ruslan Abbasov, 27. Orxan İsmayılov.
Baş məşqçi: Əsgər Abdullayev.
Neftçi - Rəvan - 1:0 (0:0)
Qol: Flavinyo, 83
Vərəqələr: Denis Silva, 77 (qeyri-idman hərəkəti), Flavinyo, 83 (qeyri-idman hərəkəti) - Tagim Novruzov, 19 (simulyasiya) – sarı.
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
21 fevral 2012. Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1000 tamaşaçı.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 3. Denis Silva (25. Cavid İmamverdiyev, 77), 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 11. Cavid Hüseynov, 17. Kənan Manafov, 22. Fərid Quliyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Rəvan: 61. İvan Vasilyev, 3. Miloş Zeçeviç (k), 6. Tagim Novruzov, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma, 13. Fərid Həşimzadə (25. Ramil Nuriyev, 72), 14. Sergey Artyux, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Kristian Torres (7. Elvin Musazadə, 63),
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 5. Natiq Kərimi, 9. Vüsal Qarayev, 24. Hüseyn İsgəndərov, 90. Sergey Çernışev.
Baş məşqçi: Bəhmən Həsənov.
Qeyd edək ki, turun digər oyunları bir gün öncə keçirilmişdi: Qarabağ - Kəpəz - 1:0, İnter – Sumqayıt - 2:0, Simurq – Bakı - 0:2.
|
1
|
Neftçi
|
20
|
14
|
1
|
5
|
41-16
|
43
|
|
2
|
İnter
|
20
|
12
|
6
|
2
|
20-9
|
42
|
|
3
|
Xəzər Lənkəran
|
20
|
11
|
5
|
4
|
29-19
|
38
|
|
4
|
Qarabağ
|
20
|
10
|
5
|
5
|
24-14
|
35
|
|
5
|
Bakı
|
20
|
9
|
5
|
6
|
25-19
|
32
|
|
6
|
Qəbələ
|
20
|
9
|
5
|
6
|
21-20
|
32
|
|
7
|
AZAL
|
20
|
7
|
5
|
8
|
29-32
|
26
|
|
8
|
Rəvan
|
20
|
6
|
7
|
7
|
23-24
|
25
|
|
9
|
Simurq
|
20
|
5
|
4
|
11
|
18-30
|
19
|
|
10
|
Kəpəz
|
20
|
4
|
4
|
12
|
21-36
|
16
|
|
11
|
Sumqayıt
|
20
|
4
|
3
|
13
|
13-28
|
15
|
|
12
|
Turan
|
20
|
3
|
2
|
15
|
13-31
|
11
|
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
9 - Flavinyo (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL),
6 - Uinston Parks (Bakı), Dodo (Qəbələ), Əfran İsmayılov (Qarabağ)
