21 fevral 2012 11:19

“Bütün rəqiblərimiz üzərində qələbə qazanmaq lazımdı”

“Neftçi”nin müdafiəçisi İqor Mitreski Premyer Liqanın 21-ci turunun “Rəvan”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb. Makedoniyalı futbolçu öncə bunları dilə gətirib:

“Bizim üçün indi ən vacib olan irəli hərəkət etməkdi. Buna görə də “Rəvan”ı məğlub etməyə borcluyuq. Biz bütün rəqiblərimizə hörmət edirik. Amma bizə hər oyunda qələbə qazanmaq vacibdi”.
 
Mitreski rəqib komandadan danışarkən, bunları vurğulayıb: “Yaxşı komandadı. Doğma meydanda daha yaxşı futbol sərgiləyirlər. Elə səfər oyunlarında da pis oynamırlar. Heç də zəif komanda deyil. Ümumiyyətlə, Azərbaycanda zəif komanda yoxdu. Bütün rəqiblərə qarşı tam gücünlə oynamalısan”.
 
Rəqib düşərgədəki baş məşqçi dəyişikliyinə də toxunan müdafiəçi bunları qeyd edib: “Əlbəttə, baş məşqçi dəyişiklikləri həmişə özünü bu və ya başqa cür göstərir. Amma biz rəqibin yox, öz oyunumuza baxmalıyıq. Yenə də deyirəm ki, bizə “Rəvan” da daxil olmaqla, bütün rəqiblərimiz üzərində qələbə qazanmaq lazımdı. Altılıq oyunlarına cəmi 3 tur qalıb. Ona görə də hər bir oyuna maksimum köklənməliyik”.
 
Təcrübəli futbolçu komandasının Türkiyə toplanışının yaxşı keçdiyini bir daha xatırladıb: “Fikrimcə, komandamızın Türkiyə toplanışı çox yaxşı və qənaətbəxş alındı. Baş məşqçimiz oyunumuzda bəzi dəyişikliklər etdi. Bundan əlavə o, gənclərə də özünü göstərmək imkanı yaradır. İndi hər şeydən önəmli olan odu ki, “Neftçi”də hər futbolçuda qələbə istəyi böyükdü. Amma rəqiblərimizə də hörmətlə yanaşmalıyıq. Xal itirməməliyik”.
 
Mitreski əsas hədəflərinin titullarını qorumaq olduğunu deyir: “Qələbə qazanmağa davam etsək, bu, təbii ki, çox yaxşı olacaq. “Neftçi”nin hədəfi çempionluq titulunu qorumaqdı. Amam məncə, çempionatın sonuna kimi həmin xoşbəxtin kimliyi bilinməyəcək. Odu ki, hər oyunda maksimuma nail olub, mövsümün sonunu gözləməliyik”.
 
Legioner oyunçu ölkə ərazisindəki hava şəraiti və stadion amilinə də toxunub: “Əgər qazon yaxşı olsa, elə bu havada da oynamaq mümkündü. Qar olmasa, oynamaq lazımdı. Hər turu təxirə salmaq da sıxlığa səbəb olacaq. Çünki altılıq mərhələsi daha gərgin olacaq. Ümid edirəm ki, bundan sonra yaxşı olacaq və heç bir təxirəsalmaya ehtiyac qalmayacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.